Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dünyəvi, demokratik dövlət olmaqla bərabər, öz dini və milli ənənələrinə sadiqdir. Azərbaycan xalqı İslam dünyasının ayrılmaz parçasıdır. Azərbaycanda milli-mənəvi dəyərlər İslam dəyərləri əsasında formalaşıbdır. Azərbaycan Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların da üzvüdür. Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Hazırda müsəlman dünyasının əvvəlki dövrlərdə heç olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı vardır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir.

Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan və İslam dünyası” elektron resursu “İslam Həmrəyliyi İli”nə həsr edilmişdir.

İstifadə olunmuş ədəbiyyat.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.