İƏT erməni təcavüzünə qarşı

Hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanan İslam Konfransı Təşkilatı Azərbaycana qarşı erməni təcavüzünü daim pisləyir, öz qərarlarında Ermənistanı təcavüzkar dövlət kimi qiymətləndirir, BMT-ni bu dövlətə qarşı sanksiyalar tətbiq etməyə çağırır və Ermənistandan Azərbaycanın bütün işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair İKT tərəfindən, o cümlədən İKT-yə üzv ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşlərində (sammitlərində) və xarici işlər nazirləri səviyyəsində çoxsaylı qətnamə və qərarlar qəbul olunmuşdur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT ali orqanı - üzv ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş bir sıra sənədlərdə öz əksini tapmışdır. Onların içində 13-15 dekabr 1994-cü ildə Kasablanka şəhəri, Mərakeş Krallığında keçirilmiş İKT-nin yeddinci zirvə görüşünün sənədlərini və 9-11 dekabr 1997-ci ildə Tehran şəhəri, İran İslam Respublikasında keçirilmiş İKT-nin səkkizinci zirvə görüşünün sənədlərini, 2000-ci ilin 12-13 noyabr tarixində Qətərin Doha şəhərində keçirilmiş İKT Doqquzuncu Zirvə Görüşündə, 2003-cü ilin oktyabr ayında İKT Onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziya) qəbul olunmuş Yekun Kommünikeni (33-cü bənd), 2005-ci ilin dekabr ayında İKT Üçüncü Fövqəladə Zirvə Görüşündə (Məkkə, Səudiyyə Ərəbistanı) qəbul olunmuş Yekun Kommünikeni, 2008-ci ilin mart ayında İKT on birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş Yekun Kommünikeni (61-ci bənd) göstərmək olar. 

Bununla yanaşı, doqquzuncu Zirvə Görüşündə (Doha, Qətər) qəbul olunmuş 21/9-P (IS) saylı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnaməni, 21/9-E (IS) saylı “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnaməni, 25/9-C saylı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında” qətnaməni, onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziyada) qəbul olunmuş 12/I0-P (IS) saylı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnaməni, 21/10-E (IS) saylı “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnaməni, mədəniyyət məsələləri mövzusuna dair Mədəniyyət və İslam işləri üzrə qətnamələrin “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında” qətnaməni, on birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş 10/11-P (IS) saylı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnaməni, 2/11-E (IS) saylı “Üzv dövlətlərə və İKT-yə üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım edilməsinə aid fəaliyyət haqqında” qətnaməsinin “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” bölməsini, mədəniyyət və sosial məsələlər üzrə qətnamələrdə 2/11-C (IS) saylı “İslam müqəddəs yerlərinin müdafiəsi haqqında”qətnaməni də göstərmək olar.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommünikelər və bəyanatlarda və çoxsaylı qətnamələrdə öz əksini tapmışdır.

20 sentyabr 2016-cı ildə Nyu-yorkda BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirilib. İclasa İƏT-in Baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt qrupunun tərkibinə yeddi dövlət - Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub. İclasda xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. 

İslam ölkələri Dövlət Başçılarının sammitlərində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul olunmuş sənədlərin siyahısı:

  1. 7-ci Kasablanka Sammiti, 1994 - Yekun Kommünike
  2. 8-ci Tehran Sammiti, 1997 - Yekun Kommünike
  3. 9-cu Doha Sammiti, 2000 - Yekun Kommünike və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”  və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 21/9-P (İS), 25/9-C (İS) saylı qətnamələr
  4. 10-cu Putracaya (Malayziya) Sammiti, 2003 - Yekun Kommünike
  5. 3-cü Fövqəladə Məkkə Sammiti, 2005 - Yekun Kommünike
  6. 11-ci Dakar Sammiti, 2008 - Yekun Kommünike ilə yanaşı, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və  “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/11-P (İS), 2/11-C (İS) və 2/11-E (İS) saylı 3 qətnamə
  7. 4-cü Fövqəladə Məkkə Sammiti, 2012 - Yekun Kommünike
  8. 12-ci Qahirə Sammiti, 2013 - Yekun Kommünike

İslam ölkələri Xarici İşlər Nazirləri Şurasının sessiyalarında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul olunmuş qətnamələr və digər sənədlərin siyahısı:

  1. 5-ci İstanbul Fövqəladə Sessiyası, 1992, Yekun Kommünikenin 15-ci bəndi
  2. 21-ci Karaçi Sessiyası, 1993, Yekun Kommünikenin 44-cü bəndi və "Ermənistanla Azərbaycan arasında münaqişəyə dair" adlı, 12/21-P saylı qətnamə
  3. 7-ci İslamabad Fövqəladə Sessiyası, 1994, Yekun Kommünikenin 64-70-ci bəndləri və "Ermənistanla Azərbaycan arasında münaqişəyə dair" adlı, 5/7-EX saylı qətnamə
  4. 22-ci Kasablanka Sessiyası, 1994, Yekun Kommünikenin 70-73-cü bəndləri və "Ermənistanla Azərbaycan arasında münaqişəyə dair" və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” adlı, 11/22-P, 16/22-E saylı qətnamələr
  5. 24-cü Cakarta Sessiyası, 1996, Yekun Kommünikenin 80-85-ci bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” adlı, 12/24-P, 18/24-E saylı qətnamələr
  6. 25-ci Doha Sessiyası, 1998, Yekun Kommünikenin 63-cü bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” adlı, 13/25-P, 18/25-E saylı qətnamələr
  7. 26-cı Uaqaduqu (Burkina Faso) Sessiyası, 1999, Yekun Kommünikenin 63-cü bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 14/26-P, 19/26-E saylı qətnamələr
  8. 27-ci Kuala Lumpur Sessiyası, 2000, Yekun Kommünikenin 72-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 17/27-P, 20/27-E, 25/27-C saylı qətnamələr
  9. 29-cu Xartum Sessiyası, 2002, Yekun Kommünikenin 37-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 20/29-P, 21/29-E, 11/29-C saylı qətnamələr
  10. 30-cu Tehran Sessiyası, 2003, Yekun Kommünikenin 41-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 13/30-P, 21/30-E, 10/30-C saylı qətnamələr
  11. 31-ci İstanbul Sessiyası, 2004, Yekun Kommünikenin 38-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/31-P, 11/31-C saylı qətnamələr
  12. 32-ci Sana Sessiyası, 2005, Yekun Kommünikenin 40-41-ci bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 9/32-P, 10/32-E, 2/32-C saylı qətnamələr
  13. 33-cü Bakı Sessiyası, 2006, Bakı Deklarasiyasının 14-cü bəndi, Yekun Kommünikenin 45-46-cı bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 9/33-P, 10/33-E, 2/33-C saylı qətnamələr
  14. 34-cü İslamabad Sessiyası, 2007, Yekun Kommünikenin 3-4-cü bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 7/34-P, 3/34-E, 2/34-C saylı qətnamələr
  15. 35-ci Kampala (Uqanda) Sessiyası, 2008, Kampala Deklarasiyasının 25-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 6/35-P, 3/35-E, 3/35-C saylı qətnamələr
  16. 36-cı Dəməşq Sessiyası, 2009, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 9/36-P, 3/36-E, 2/36-C saylı qətnamələr
  17. 37-ci Düşənbə Sessiyası, 2010, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/37-P, 6/37-E, 2/37-C saylı qətnamələr
  18. 38-ci Astana Sessiyası, 2011, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/38-POL, 10/38-ECO, 10/38-CUL saylı qətnamələr
  19. 39-cu Cibuti Sessiyası, 2012, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 9/39-POL, 8/39-E, 3/39-C saylı qətnamələr
  20. 40-cı Konakri (Qvineya) Sessiyası, 2013, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/40-POL, 6/40-E, 3/40-C saylı qətnamələr
  21. 41-ci Ciddə Sessiyası, 2014, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/41-POL, 5/41-E, 3/41-C saylı qətnamələr
  22. 42-ci Küveyt Sessiyası, 2015, Küveyt Deklarasiyası və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/42-POL, 4/42-E, 3/42-C saylı qətnamələr
Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.