Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısının Naxçıvan şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısı 2009-cu il oktyabrın 2-3-də Naxçıvan şəhərində keçirilsin.
2 Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısının keçirilməsi ilə bağlı maddi-texniki məsələləri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi ilə birlikdə həll etsin.
 
 

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

 

Bakı şəhəri, 10 sentyabr 2009-cu il
№ 469
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.