2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsinə dair tədbirlər planı

 


 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası

rəhbərinin 2017-ci il 10 fevral tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

 

Sıra №-si Tədbirin adı İcra müddəti və yeri İcraçılar Təşkil və nəzarət edən qurum

 

I. İslamdaxili həmrəylik istiqaməti: A. Ölkə daxilindəki tədbirlər

1. Bakıda “Heydər Əliyev və İslam həmrəyliyi” mövzusunda beynəlxalq konfransın keçirilməsi may Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
2. Bakıda IV İslam Həmrəyliyi Oyunları zamanı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin idman məsələlərinə məsul nazirlərinin iştirakı ilə “İdmanın İslam həmrəyliyinin gücləndirilməsində rolu” mövzusunda nazirlərin dəyirmi masasısının keçirilməsi iyul Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
3. “İslam Həmrəyliyi İli”nin loqosunun hazırlanması və il ərzində respublikada keçirilən tədbirlərdə, eləcə də şəhərin müxtəlif məkanlarında yerləşdirilməsi fevral-dekabr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
4. “İslam həmrəyliyi ili - 2017: reallıqlar və perspektivlər” mövzusunda elmi-metodik konfransın keçirilməsi aprel Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
5. “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” mövzusunda respublika elmi konfransı və konfrans çərçivəsində “Ən yaxşı məruzə” müsabiqəsinin təşkili aprel Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
6. “Yeni dünya çağırışları: Azərbaycan və İslam”, “İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya”, “İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər”, “İslam incəsənəti XXI əsrdə: ənənə və müasirlik”, “Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri: yazılı abidələrdə islami dəyərlər”, “Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq”, “İslam Mədəniyyətində həmrəylik”, “İslam və Demokratiya: tarix və müasirlik” mövzularında gənc alimlərin elmi konfranslarının və dəyirmi masaların keçirilməsi, kitabların nəşr olunması il ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
7. Şəhər (rayon) kitabxanaları, mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), mədəniyyət evləri və klublarda “İslam həmrəyliyi” mövzusunda silsilə tədbirlərin, dəyirmi masaların, seminarların, mühazirələrin keçirilməsi il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
8. Heydər məscidində formalaşan “Vəhdət namazı” təcrübəsinin digər məscidlərdə yayılması il ərzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, yerli icra hakimiyyəti orqanları Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi
9. Orta ixtisas, peşə və ali təhsil müəssisələrində, müxtəlif bölgələrdə İslam həmrəyliyinə dair mühazirələrin təşkili il ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
10. İslam həmrəyliyinə həsr edilmiş məqalələrin Kütləvi informasiya vasitələrində dərc edilməsi, bu mövzuya həsr olunmuş televiziya verilişlərinin təşkili il ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC İctimai-siyasi məsələlər şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
11. İslam həmrəyliyinin Azərbaycan modelinin təbliği və təşviqi ilə bağlı materialların yayılması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, ona bitişik ərazilərdə və digər yerlərdə erməni vandalizminə məruz qalmış İslam mədəniyyəti abidələri ilə bağlı məlumatların dünya ictimaiyyətinə geniş şəkildə çatdırılması, İslam həmrəyliyinin gücləndirilməsində Azərbaycanın roluna və bu prosesə verdiyi töhfələrə dair müsəlman ölkələrinin rəsmi şəxslərindən, tanınmış din xadimlərindən, ekspertlərindən, eləcə də xarici ölkələrin Bakı şəhərindəki səfirlərindən rəy və müsahibələrin alınması, silsilə analitik yazıların, reportajların hazırlanması mütəmadi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, İctimai Televiziya və Radio Yayımları Şirkəti, AzərTAc, “Azərbaycan” qəzeti, “Multikulturalizm” jurnalı, Kulturaplus və digər KİV-lər Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, İctimai-siyasi məsələlər şöbəsi
12. Azərbaycanın İslam sivilizasiyasına töhfəsini əks etdirən əsərlərin hazırlanması və nəşri il ərzində  Azərbaycan Milli Elmlər Akademiyası Humanitar siyasət məsələləri şöbəsi
13. “Ərəb mənbələrində azərbaycanlı alimlərin həyat və yaradıcılığı” mövzusunda kitabın Azərbaycan, ingilis və rus dillərində nəşri və təqdimatı il ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Misirin Əl-Halqa Fondu İctimai-siyasi məsələlər şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
14. “İslam həmrəyliyi” mövzusunda görülmüş işlərin elm və təhsil müəssisələrinin saytlarında yerləşdirilməsi və jurnallarında dərc edilməsi il ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Humanitar siyasət məsələləri şöbəsi
15. Uşaq və yeniyetmələr üçün qısa “İslam ensiklopediyası”nın hazırlanması və nəşri il ərzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
16. Azərbaycandakı İslam abidələrinin fotosərgisinin təşkili və fotoalbomun nəşr edilməsi il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
17. Ərəb dilində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş silsilə verilişlərin yayımlanması mütəmadi CBC” telekanalı İctimai-siyasi məsələlər şöbəsi
18. IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş sərgilərin və müsabiqələrin təşkili aprel-may Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Humanitar siyasət məsələləri şöbəsi
19. Sosial şəbəkələrdə il ərzində keçirilən tədbirlərlə bağlı məlumatların yayılması il ərzində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, AzərTAc, digər KİV-lər İctimai-siyasi məsələlər şöbəsi, Siyasi təhlil və informasiya təminatı şöbəsi
20. İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının l Beynəlxalq konfransının təşkili avqust-sentyabr Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası İctimai-siyasi məsələlər şöbəsi
21. “İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsində rolu” mövzusunda yerli və xarici KİV nümayəndələrinin iştirakı ilə dəyirmi masanın təşkili may-iyun Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, İctimai-siyasi məsələlər şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
22. İslam ölkələrinin səfirləri ilə ali məktəblərdə görüşlərin təşkil olunması il ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Azərbaycan Dövlət İnformasiya Agentliyi İctimai-siyasi məsələlər şöbəsi, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
23. Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində siyasəti, təcrübəsi və metodları, o cümlədən “ASAN” xidmət modelinin müsəlman ölkələri arasında təbliğ edilməsi il ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Xarici əlaqələr şöbəsi, Hüquq mühafizə orqanları ilə iş şöbəsi

 

B. Ölkə xaricindəki tədbirlər

24. “Qafqaz regionunda dini durum: mövcud problemlər və perspektivlər (Azərbaycan və Rusiya siyasi həmrəyliyi işığında)” mövzusunda beynəlxalq konfransın keçirilməsi il ərzində, Rusiya Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, İctimai-siyasi məsələlər şöbəsi, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
25.  İslam ölkələri gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqənin keçirilməsi mart-iyun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
26. Xarici kütləvi informasiya vasitələrində IV İslam Həmrəyliyi Oyunları və “İslam Həmrəyliyi İli” ilə bağlı məlumat və məqalələrin dərc edilməsi, eləcə də “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçiriləcək layihələrin beynəlxalq mətbuatda işıqlandırılması, televiziya kanallarında bu barədə materialların verilməsi (həyata keçirilən tədbirlərin ölkədə və xaricdə təbliği) il ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, AzərTAc, Kulturaplus İctimai-siyasi məsələlər şöbəsi, Xarici əlaqələr şöbəsi
27. “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Azərbaycan diasporunun üzvü olan fəal sosial şəbəkə istifadəçilərindən ibarət təbliğat qrupunun formalaşdırılması və diaspor təşkilatlarının internet səhifələrində müvafiq məlumatların yerləşdirilməsi il ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi İctimai-siyasi məsələlər şöbəsi
28. İƏT-ə üzv ölkələrin KİV-lərində dünyada İslam həmrəyliyinin gücləndirilməsində Azərbaycanın rolunu təbliğ edən materialların nəşri, Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunları barəsində reklam çarxlarının yerləşdirilməsi il ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İdman və Gənclər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, İctimai-siyasi məsələlər şöbəsi, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi 
29. Müxtəlif qurumların xarici filial və nümayəndəliklərində, İƏT, YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatların qərargahlarında, eləcə də aparıcı müsəlman ölkələrinin paytaxtları və şəhərlərində “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi Oyunlarının elan edilməsi ilə əlaqədar təqdimatların keçirilməsi, reklam çarxlarının və ingilis, ərəb, fransız dillərində nəşrlərin təqdimatlarının keçirilməsi il ərzində, müxtəlif ölkələrdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Milli Olimpiya Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, İctimai-siyasi məsələlər şöbəsi, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi 
30. Azərbaycanın ixrac məhsullarına və xidmət sahələrinə həsr edilən “İslamic Solidarity Year: destination Azerbaijan” adlı beynəlxalq turizm və ticarət yarmarkasının təşkil edilməsi noyabr, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi

 

II. İslam və digər konfessiyalar arasında həmrəylik istiqaməti: A. Ölkə daxilindəki tədbirlər

31. Prezident İlham Əliyevin müsahibə və çıxışlarında dinlərin həmrəyliyinə dair fikirlərdən ibarət kitabın Azərbaycan, rus və ingilis dillərində hazırlanması, nəşri və təqdimatlarının keçirilməsi il ərzində, ölkədə və xaricdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, İctimai-siyasi məsələlər şöbəsi, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi 
32. 2017-ci ildə ölkəmizdə keçirilməsi planlaşdırılan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Azərbaycanda dinlərarası harmoniya” adlı bölmənin təşkil edilməsi aprel Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
33. “Azərbaycan - dinlərin həmrəyliyi mərkəzi” mövzusunda Beynəlxalq Yay Multikulturalizm məktəbinin təşkili iyul Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, yerli icra hakimiyyətləri Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, İctimai-siyasi məsələlər şöbəsi, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
34. “Azərbaycanda səmavi dinlərin abidələri” məlumat kitabının hazırlanıb nəşr etdirilməsi və təqdimatlarının keçirilməsi il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti  yanında Elmin İnkişafı Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
35. Ölkədəki məscid, kilsə və sinaqoqların dini həmrəylik mövzusunda kitablarla təmin edilməsi il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
36. Dövlət rəsm qalereyalarında «Səmavi dinlərin tarixi (iudaizm və xristianlıq)» mövzusunda sərginin təşkili və keçirilməsi il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi
37. 16 noyabr – Beynəlxalq tolerantlıq günü münasibətilə elmi-mədəni tədbirin və din xadimlərinin mükafatlandırılması mərasiminin keçirilməsi noyabr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Humanitar siyasət məsələləri şöbəsi 

 

B. Ölkə xaricindəki tədbirlər

38. Bern şəhərindəki “Dinlər evi”ndə “Azərbaycan Respublikasında dövlət - din münasibətlərinin xüsusiyyətləri” mövzusunda təqdimatın keçirilməsi mart, İsveçrə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Xarici əlaqələr şöbəsi
39. Almanların Azərbaycana köcürülməsinin 200 illiyi münasibətilə “Lüteranlıq və islam” mövzusunda dəyirmi masanın keçirilməsi sentyabr, Berlin, Drezden Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
40. Azərbaycan ərazilərindəki (Dağlıq Qarabağ və ətraf bölgələr) müxtəlif konfessiyalara məxsus tarixi-dini abidələrə qarşı erməni vandalizmini əks etdirən foto sənədlərdən ibarət sərgilərin təşkili il ərzində, müxtəlif ölkələrdə Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), KİV-lər Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, İctimai-siyasi məsələlər şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi
41. “Dini tolerantlığın qorunması və radikalizmlə mübarizədə dünya birliyinə Azərbaycanın dəstəyi” devizi altında “Azərbaycan – İslam mədəniyyətinin incisi” adlı foto sərginin hazırlanması və keçirilməsi il ərzində, müxtəlif müsəlman ölkələrində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, İctimai-siyasi məsələlər şöbəsi, Xarici əlaqələr şöbəsi, Humanitar siyasət məsələləri şöbəsi 

 

 


 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.