İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər

(Material dövlətlərin İƏT-ə üzvlük tarixlərinin ardıcıllığı əsasında tərtib edilmişdir.)

Əfqanıstan

Dövlətin adının mənşəyi – əfqanların əfsanəvi əcdadı Avqanın adından götürülüb. 
İdarəetmə forması – islam dövləti
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – ikipalatalı Milli Məclis (Xalq palatası və Ağsaqqallar palatası)
Ali icra orqanı – hökumət
Dövlət dili – puştu, dari
Din – islam
Paytaxt – Kabil
Əhali – 33. 370 min. (2016), tərkibi - əfqanlar, taciklər, özbəklər, türkmənlər
Ərazisi – 652090 kv. km
Valyuta - əfqani=100 pul 
Milli bayram – Müstəqillik günü 19 avqust (1919)
BMT-nin  üzvü - 1946
İƏT (İKT)-in üzvü - 1969

Əfqanıstan İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 21 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlət 16 noyabr 1994-cü ildə qurulmuşdur. Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 2012-ci ilin noyabr ayında açılmışdır.

Əlcəzair Xalq Demokratik Respublikası

vlətin adının mənşəyi – ərəbcədən “Əl-Cəzair” ada deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Xalq Məclisi (ikipalatalı parlament)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Əlcəzair
Əhali – 40. 376 min. (2016), tərkibi - ərəblər 80%, bərbərlər 19%
Ərazisi – 2,381 741 km2
Valyuta – dinar=100 santim
Milli bayram – İnqilab günü – 1 noyabr (1954)
BMT-nin  üzvü – 1962
İƏT (İKT)-in üzvü - 1969

Əlcəzair Xalq Demokratik Respublikası 26 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin 22 aprel tarixində yaradılmışdır. Azərbaycanla Əlcəzair arasında əməkdaşlıq əsasən BMT və İKT çərçivəsində inkişaf etdirilmişdir.

Çad Respublikası

Dövlətin adının mənşəyi – Çad gölünün adından götürülmüşdür, kanuri dilində “çad” “böyük su məkanı”  deməkdir.
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis
Ali icra orqanı – hökumət
Dövlət dili – fransız, ərəb
Din – islam, xristianlıq, animizm
Paytaxt – Ncamena
Əhali – 14. 497 min. (2016)
Ərazisi – 1, 284 000 km2
Valyuta – frank KFA=100 santim
Milli bayram – Müstəqillik günü – 11 avqust (1960)
BMT-nin üzvü – 1960
İƏT (İKT)-in üzvü - 1969

Azərbaycan Respublikası ilə Çad Respublikası arasında 2004-ci ilin 5 aprel tarixində diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələri əsasən BMT və İƏT çərçivəsində mövcuddur.

Misir Ərəb Respublikası

Dövlətin adının mənşəyi – qədim Misir dilində Kəmət “qara” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Xalq Məclisi (birpalatalı parlament)
Ali icra orqanı – Nazirlər kabineti
Dövlət dili – ərəb
Din – islam, xristianlıq
Paytaxt – Qahirə
Əhali – 92. 999 min. (2017)
Ərazisi – 1 001 450 km2
Valyuta – Misir funtu = 100 piastr = 1000 millyem
Milli bayram – İnqilab günü – 23 iyul (1952)
BMT-nin üzvü – 1945
İƏT (İKT)-in üzvü - 1969

26 dekabr 1991-ci ildə Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımış, 27 mart 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanmışdır. İki ölkə arasında diplomatik əlaqələr 27 mart 1992-ci il tarixində qurulmuşdur. 1993-cü ilin aprel ayından MƏR-in Bakıdakı Səfirliyi, 1994-cü ilin yanvar ayından AR-in Qahirədəki Səfirliyi fəaliyyət göstərir. 

Qvineya Respublikası

Dövlətin adının mənşəyi – bərbər dilində “iquawen” sözü “lallar” mənasını verir.
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – birpalatalı Milli Məclis (parlament), 5 ildən bir seçilir.
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – fransız
Din – islam, xristianlıq, ənənəvi təriqətlər
Paytaxt – Konakri
Əhali – 12. 948 min. (2016)
Ərazisi – 245 857 km2
Valyuta – frank = 100 santim
Milli bayram – Müstəqillik günü – 2 oktyabr (1958)
BMT-nin  üzvü – 1958
İƏT (İKT)-in üzvü - 1969

Qvineya Respublikası ilk dövlətlərdən biri olaraq 1992-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır və Afrikanın ilk dövləti olaraq 1992-ci ilin 11 mart tarixində Azərbaycanla diplomatik əlaqələr yaradılmışdır. Azərbaycan ilə Qvineya arasında əlaqələr əsasən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilir. Azərbaycan və Qvineya arasında əlaqələr Rusiyadakı Səfirlikləri tərəfindən həyata keçirilir. Azərbaycan ilə Qvineya arasında dövlət və hökumət başçıları və Xarici İşlər Nazirləri səviyyəsində mütəmadi olaraq məktub mübadiləsi aparılır.

İndoneziya Respublikası

Dövlətin adının mənşəyi – İndoneziya “adalar Hindistanı” demekdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Xalq Məsləhət Konqresi (XMSK), parlament, birpalatalı Nümayəndələr Şurası (XMŞ)
Ali icra orqanı – hökumət
Dövlət dili – indoneziya
Din – islam, xristianlıq, ənənəvi təriqətlər
Paytaxt – Cakarta
Əhali – 260. 582 min. (2016)
Ərazisi – 1, 919 440 km2
Valyuta – İndoneziya rupisi = 100 sen
Milli bayram – Müstəqilliyin elan edilməsi günü – 17 avqust (1945)
BMT-nin  üzvü – 1945
İƏT (İKT)-in üzvü - 1969

İndoneziya Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 24 sentyabr 1992-ci ildə qurulmuşdur. 1 fevral 2006-cı il tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi fəaliyyətə başlamışdır. 2 dekabr 2010-cu il tarixində İndoneziya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır.

İran İslam Respublikası

Dövlətin adının mənşəyi – ari tayfası etnonimindən “əsilzadələr” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – birpalatalı parlament – İslam Xalqının Məclisi
Ali icra orqanı – hökumət
Dövlət dili – farsi
Din – islam
Paytaxt – Tehran
Əhali –  79. 004 min. (2016)
Ərazisi – 1, 648 000 km2
Valyuta – rial = 100 dinar
Milli bayram – İnqilab günü – 11 fevral (1979)
BMT-nin  üzvü – 1945
İƏT (İKT)-in üzvü - 1969

İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır) səfirlikləri, İranın Bakıdakı Mədəniyyət Mərkəzi (1993-cü ildən) və Naxçıvan MR-də Baş Konsulluğu (1992-ci ilin dekabr ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir.

İordaniya Haşimilər Krallığı

Dövlətin adının mənşəyi – İordan çayının adından götürülmüşdür. 
İdarəetmə forması – konstitusiyalı monarxiya
Dövlət başçısı – kral
Ali qanunverici orqan – Milli Məclis (Senat və Deputatlar Palatası)
Ali icra orqanı – hökumət
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Əmman
Əhali – 6. 970 min. (2017)
Ərazisi – 89 213 km2
Valyuta – dinar = 100 piastr/ğirş
Milli bayram – Müstəqillik günü – 25 may (1946). Kralın ad günü – 14 noyabr (1935)
BMT-nin  üzvü – 1955
İƏT (İKT)-in üzvü - 1969

İordaniya 28 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini tanımışdır. 1992-ci ilin 13 fevral tarixində Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. 28 mart 2006-cı ildən Azərbaycan Səfirliyi Əmmanda fəaliyyətə başlamışdır. 2007-ci ilin 5 may tarixindən İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başlamışdır.

Küveyt Dövləti

Dövlətin adının mənşəyi – Ərəbcədən "el-kuveyt" “qala-şəhər” deməkdir. 
İdarəetmə forması – konstitusiyalı monarxiya
Dövlət başçısı – əmir
Ali qanunverici orqan – Milli Məclis
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Əl-Küveyt
Əhali –  4. 008 min. (2016)
Ərazisi – 17 819 km2
Valyuta – Küveyt dinarı = 100 dirhəm = 100 fil
Milli bayram – Millət günü – 25 fevral (1950)
BMT-nin  üzvü – 1963
İƏT (İKT)-in üzvü - 1969

7 oktyabr 1994-cü il tarixində Azərbaycan Respublikası və Küveyt Dövləti arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Diplomatik münasibətlərin yaradılması haqqında protokol imzalanmışdır.

Livan Respublikası

Dövlətin adının mənşəyi – Livan dağ silsiləsindən, qədim semit dilindən tərcümədə laban – “ağ” mənasını verir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis
Ali icra orqanı – hökumət
Dövlət dili – ərəb
Din – islam, xristianlıq
Paytaxt – Beyrut
Əhali – 5. 989 min. (2016)
Ərazisi – 10 400 km2
Valyuta – Livan livri = 100 piastr
Milli bayram – Müstəqillik günü - 22 noyabr (1943)
BMT-nin  üzvü – 1945
İƏT (İKT)-in üzvü - 1969

1972-ci ildə Ümummilli Lider Heydər Əliyev Livanda səfərdə olmuşdur. 1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır. 1992-ci ilin 18 sentyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. 1996-cı ildən etibarən Livan BMT-də Azərbaycanın irəli sürdüyü düzəliş və əlavələrə bitərəf mövqe nümayiş etdirmişdir.

Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi

Dövlətin adının mənşəyi – yerli tayfalardan olan livunun adından götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – polkovnik
Ali qanunverici orqan – Ümumi Milli Konqres
Ali icra orqanı – Ali Xalq Komitəsi (VNKOM)
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Tripoli
Əhali – 6. 331 min. (2016)
Ərazisi – 10 400 km2
Valyuta – Liviya dinarı = 1000 dirhəm
Milli bayram – İnqilab günü – 1 sentyabr (1969)
BMT-nin  üzvü – 1955
İƏT (İKT)-in üzvü - 1969

Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi 30 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımışdır. Azərbaycanla Liviya arasında diplomatik əlaqələr 16 mart 1992-ci ildə qurulmuşdur. Liviya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləmişdir. 2009-cu ilin 30 sentyabr tarixindən etibarən AR-ın Liviyada Səfirliyi fəaliyyət göstərir.

Malayziya

Dövlətin adının mənşəyi – malaylar xalq etnonimindən götürülmüşdür. 
İdarəetmə forması – konstitusiyalı monarxiya, federal dövlət quruluşu ilə
Dövlət başçısı – sultan
Ali qanunverici orqan – ikipalatalı parlament (Senat və Nümayəndələr Palatası)
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – malayziya
Din – islam, buddizm, xristianlıq
Paytaxt – Kuala-Lumpur
Əhali – 31. 700 min. (2016)
Ərazisi – 329 759 km2
Valyuta – rinqqit = 100 sen
Milli bayram – Müstəqillik günü – 3 avqust (1957)
BMT-nin  üzvü – 1957
İƏT (İKT)-in üzvü - 1969

Malayziya Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 aprel 1993-cü il tarixdə qurulmuşdur. 2013-cü ildə iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyi qeyd olunmuşdur. Əlamətdar hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti ilə Malayziyanın Baş naziri və xarici işlər nazirləri arasında təbrik məktublarının mübadiləsi həyata keçirilmişdir. AR-in Malayziyada Səfirliyinin təsis edilməsi haqqında 20.09.2005-ci il tarixli, 998-IIQ saylı AR Qanunu və Səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında AR Prezidentinin 31.10.2005-ci il tarixli, 1071 saylı sərəncamı əsasında AR Prezidentinin 14.12.2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Malayziyada ilk səfiri təyin edilmişdir.

Mali Respublikası

Dövlətin adının mənşəyi – yerli dialektdən tərcümədə mənası “qippopotam” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – birpalatalı Milli Məclis
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – fransız
Din – islam, xristianlıq, ənənəvi təriqətlər
Paytaxt – Bamako
Əhali – 18. 135 min. (2016)
Ərazisi – 1, 240 000 km2
Valyuta – Mali frankı = 100 santim
Milli bayram – Müstəqillik günü – 22 sentyabr (1960)
BMT-nin  üzvü – 1960
İƏT (İKT)-in üzvü - 1969

İki ölkə diplomatik əlaqələr 1996-ci ilin 26 noyabr tarixində qurulmuşdur. Azərbaycan ilə Mali arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur. 

Mavritaniya İslam Respublikası

Dövlətin adının mənşəyi – finikiya dilində “mauharim” sözü “Qərb diyarı” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – ikipalatalı parlament (Yuxarı Palata – Senat. Aşağı palata – Milli Məclis)
Ali icra orqanı – hökumət
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Nuakşot
Əhali –  3. 632 min. (2015)
Ərazisi – 1, 030 700 km2
Valyuta – uqiya = 5 xumsa
Milli bayram – Müstəqillik günü – 28 noyabr (1960)
BMT-nin  üzvü – 1961
İƏT (İKT)-in üzvü - 1969

Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında diplomatik əlaqələr 1994-ci ilin 29 oktyabrında qurulmuşdur. Mavritaniya İKT çərçivəsində Respublikamızın maraqlarına cavab verən mövqe nümayiş etdirmişdir.

Mərakeş Krallığı

Dövlətin adının mənşəyi – Mərakeş şəhərinin adından götürülüb və bərbərcə “bəzədilmiş” deməkdir. 
İdarəetmə forması – konstitusiya monarxiya
Dövlət başçısı – kral
Ali qanunverici orqan – ikipalatalı parlament (Məsləhətçilər Palatası, Nümayəndələr palatası)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb, fransız, ispan, bərbər dilləri də işlədilir
Din – islam
Paytaxt – Rabat
Əhali – 34. 220 min. (2017)
Ərazisi – 458 730 km2
Valyuta – dirhəm = 100 santim
Milli bayram – Səltənət günü – 30 iyul (1992)
BMT-nin  üzvü – 1956
İƏT (İKT)-in üzvü - 1969

1991-ci ilin 30 dekabrda Mərakeş Krallığı Azərbaycanın müstəqilliyini tanımışdır. 1992-ci ilin 25 avqust tarixində Azərbaycanla Mərakeş arasında diplomatik əlaqələr yaradılmışdır. Azərbaycanla Mərakeş arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İKT çərçivəsində inkişaf etdirilmişdir. Mərakeş Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar beynəlxalq və regional təşkilatlarda ölkəmizin mövqeyini dəstəkləmişdir.

Niger Respublikası

Dövlətin adının mənşəyi – Niger çayının adından  götürülüb və tuareqcədən tərcümədə “axan su” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis
Ali icra orqanı – hökumət
Dövlət dili – fransız
Din – islam
Paytaxt – Niamey
Əhali – 20. 716 min. (2016)
Ərazisi – 1, 267 000 km2
Valyuta – frank KFA = 100 santim
Milli bayram – Respublika elan olunduğu gün – 18 dekabr (1958)
BMT-nin  üzvü – 1960
İƏT (İKT)-in üzvü - 1969

1995-ci ilin 10 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində mövcuddur.

Pakistan İslam Respublikası

Dövlətin adının mənşəyi – urdu dilində pak “təmiz”, stan “ölkə” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – İkipaltalı Parlament (Milli Assambleya və Senat)
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – urdu
Din – islam
Paytaxt – İslamabad
Əhali –196. 761 min. (2017)
Ərazisi – 803 940 km2
Valyuta – Pakistan rupisi = 100 pays
Milli bayram – Müstəqillik günü – 14 avqust (1947), Respublika günü – 23 mart (1956)
BMT-nin  üzvü – 1947
İƏT (İKT)-in üzvü - 1969

Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir.

Fələstin dövləti

Dövlətin adının mənşəyi – Aralıq dənizi ilə İordan çayının arasında qalan bölgənin adından götürülmüşdür.
İdarəetmə forması – parlament
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Fələstin Milli Administrasiyası
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Ləməllah (müvəqqəti)
Əhali – 4. 455 min. (2014)
Ərazisi – 6020 km2
Valyuta – Yeni İsrail şeke
BMT-nin  üzvü – 29 noyabr 2012-ci il BMT-nin müşahidəçi üzvü
İƏT (İKT)-in üzvü - 1969

1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalamışdır. Azərbaycan ilə ölkə arasında əlaqələr, əsasən. BMT, İKT və digər beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir.

Yəmən Ərəb Respublikası

Dövlətin adının mənşəyi – ərəbcədən tərcümədə “sağ, Məkkədən sağa” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Deputatlar Palatası
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Sənə
Əhali – 27. 478 min. (2016)
Ərazisi – 527 970 km2
Valyuta – Yəmən rialı = 100 fil
Milli bayram – Yəmən Birliyi günü – 22 may (1990)
BMT-nin  üzvü - 1990
İƏT (İKT)-in üzvü - 1969

Yəmən respublikası 1991-ci il dekabrın 30-da Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında 25 fevral 1992-ci ildə diplomatik münasibətlər qurulmuşdur.

Səudiyyə Ərəbistan Krallığı

Dövlətin adının mənşəyi – Səudidlər sülaləsinin adından götürülmüşdür. 
İdarəetmə forması – mütləq monarxiya
Dövlət başçısı – kral
Ali qanunverici orqan – Kral və onun təeyin etdiyi Məsləhət Şurası
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Ər-Riyad
Əhali – 32. 249 min. (2016)
Ərazisi – 2, 150 000 km2
Valyuta – Səudiyyə Ərəbistanı rialı = 100 halal
Milli bayram – Krallığın elan edilməsi günü – 23 sentyabr (1932)
BMT-nin  üzvü - 1945
İƏT (İKT)-in üzvü - 1969

Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələr 1992-ci il fevralın 24-də yaradılmışdır. Krallıq 30 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Aprelin 1994-cü ildə Ər-Riyadda Azərbaycan Səfirliyi açılmışdır və 1999-cu ildə iyun ayından başlayaraq Bakıda Səudiyyə Ərəbistanının Səfirliyi açılmışdır.

Seneqal Respublikası

Dövlətin adının mənşəyi – qədim Sanaqama dövlətinin adından götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis (birpalatalı parlament)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – fransız
Din – islam
Paytaxt – Dəkkə
Əhali – 15. 257 min. (2017)
Ərazisi – 196 200 km2
Valyuta – frank KFA = 100 santim
Milli bayram – Müstəqillik günü – 4 aprel (1932)
BMT-nin  üzvü - 1963
İƏT (İKT)-in üzvü - 1969

İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin martın 14-də qurulmuşdur. Azərbaycan ilə Seneqal arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur. 

Sudan Respublikası

Dövlətin adının mənşəyi – ərəbcədən Bilyad-es-Sudan “qaralar ölkəsi” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Assambleya
Ali icra orqanı – hökumət
Dövlət dili – ərəb
Din – islam, xristianlıq
Paytaxt – Xartum
Əhali – 41.176 min. (2016)
Ərazisi – 2,505 800 km2
Valyuta – Sudan dinarı = 100 funt – 100 piastr
Milli bayram – Müstəqillik günü – 1 yanvar (1956)
BMT-nin  üzvü - 1956
İƏT (İKT)-in üzvü - 1969

Azərbaycan ilə Sudan Respublikası arasında diplomatik əlaqələr 25 iyul 1992-ci ildə qurulmuşdur. 1993-cü ildən Bakıda Sudan Respublikasının Səfirliyi fəaliyyət göstərmiş və 1999-cu ildə maliyyə çətinlikləri səbəbindən müvəqqəti olaraq öz fəaliyyətini dayandırmışdır. 2013-cü ilin sentyabr ayında Sudan Respublikasının Azərbaycandakı Səfirliyi öz fəaliyyətini yenidən bərpa etmişdir.

Somali Demokratik Respublikası

Dövlətin adının mənşəyi – somali xalqı etnonimindən götürülmüşdür.
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – birpalatalı Milli Məclis
Ali icra orqanı – hökumət
Dövlət dili – ərəb, somali
Din – islam
Paytaxt – Moqadişo
Əhali – 11. 080 min. (2016)
Ərazisi – 637 657 km2
Valyuta – Somali şillinqi = 100 sent
Milli bayram – Müstəqillik günü – 1 iyul (1960)
BMT-nin  üzvü - 1960
İƏT (İKT)-in üzvü - 1969

Azərbaycan ilə Somali Demokratik Respublikası arasında diplomatik əlaqələr  22 mart 2004-cü ildə qurulmuşdur.

Türkiyə Cümhuriyyəti

Dövlətin adının mənşəyi – türk xalqının etnonimindən götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Türkiyə Böyük Millət Məclisi (birpalatalı parlament)
Ali icra orqanı – hökumət
Dövlət dili – türk
Din – islam
Paytaxt – Ankara
Əhali – 79.815 min. (2016)
Ərazisi – 780 580 km2
Valyuta – Türkiyə lirəsi = 100 kuruş
Milli bayram – Respublika elan edilməsi günü – 29 oktyabr (1923)
BMT-nin  üzvü - 1945
İƏT (İKT)-in üzvü - 1969

1991-ci il noyabrın 9-u Türkiyə Azərbaycanın müstəqilliyini tanımışdır. 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik münasibətlər yaradılmışdır. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. 1992-ci ilin avqustunda Azərbaycan səfirliyi Türkiyədə təsis olunmuşdur, Baş Konsulluğu 1993-ci ilin yanvarında yaradılmışdır və Qarsdakı Baş Konsulluğu 2004-cü ilin aprelində yaradılmışdır. Türkiyənin Azərbaycandakı Səfirliyi və Naxçıvandakı Baş Konsulluğu 1992-ci ilin yanvarında yaradılmışdır.

Tunis Respublikası

Dövlətin adının mənşəyi – Finikiya kraliçası Tanitin şərəfinə adlandırılmış paytaxt Tunisin adından götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Nümayəndələr palatası (birpalatalı parlament)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Tunis
Əhali – 10. 983 min. (2014)
Ərazisi – 163 610 km2
Valyuta – Tunis dinarı = 1000 millim
Milli bayram – Millət günü – 20 mart (1956)
BMT-nin  üzvü - 1956
İƏT (İKT)-in üzvü - 1969

Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında diplomatik əlaqədar 1998-ci ilin 1 iyul tarixində yaradılmışdır. Azərbaycanla Tunis arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində inkişaf etdirilmişdir.

Bəhreyn Krallığı

Dövlətin adının mənşəyi – ərəbcə “bahari” sözündən götürülmüşdür və “dəniz” deməkdir. 
İdarəetmə forması – konstitusiyalı monarxiya
Dövlət başçısı – əmir
Ali qanunverici orqan – ikipalatalı parlament (Şura və Deputatlar palatası)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Manama
Əhali – 1. 317 min. (2014)
Ərazisi – 690 km2
Valyuta – Bəhreyn dinarı = 1000 fil
Milli bayram – Əmirin taxta çıxmasının ildönümü və ölkənin istiqlaliyyət qazandığı gün – 16 dekabr (1971)
BMT-nin  üzvü - 1971
İƏT (İKT)-in üzvü - 1972

Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında diplomatik əlaqələr 6 noyabr 1996-cı il tarixində yaradılmışdır. Ölkələrimiz arasında BMT və İKT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.

Oman Sultanlığı

Dövlətin adının mənşəyi – şəhərin banisi Oman ben-İbrahimin adından götürülüb. 
İdarəetmə forması – mütləq monarxiya
Dövlət başçısı – Sultan- bütün qanunverici və icra hakimiyyəti səlahiyyətləri onundur.
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Maskat
Əhali – 4.089 min. (2014)
Ərazisi – 212 460 km2
Valyuta – Oman rialı = 100 rays
Milli bayram – Sultan Kabusun doğum günü – 18 noyabr (1940)
BMT-nin  üzvü - 1971
İƏT (İKT)-in üzvü - 1972

Oman Sultanlığı 1991-ci il dekabrın 30-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 13 iyul 1992-ci ildə diplomatik münasibətlər qurulub. 2009-cu ilin 30 oktyabr tarixindən etibarən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin sman Sultanlığında (Masqat şəhərində) nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındaki səfiri, eyni zamanda Bəhreyn Krallığına, Oman Sultanlığına və Yəmən Respublikasına akkreditasiya edilmişdir.

Qətər Dövləti

Dövlətin adının mənşəyi – qədim Qadaru kəndinin adından götürülmüşdür. 
İdarəetmə forması – mütləq monarxiya
Dövlət başçısı – əmir
Ali qanunverici orqan – Məsləhət Şurası
Ali icra orqanı – hökumət
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Doha
Əhali – 2. 270 min. (2014)
Ərazisi – 11 437 km2
Valyuta – Qətər rialı = 1000 dirhən
Milli bayram – Müstəqillik günü – 3 sentyabr (1971)
BMT-nin  üzvü - 1971
İƏT (İKT)-in üzvü - 1972

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında diplomatik münasibətlər 1994-cü il sentyabrın 14-də yaradılıb. 2007-ci ildə Azərbaycan Respublikasında Qətər Dövlətinin Səfirliyi və Qətər Dövlətində Azərbaycan Respublikasının səfirliyi açılmışdır.

Suriya Ərəb Respublikası

Dövlətin adının mənşəyi – qədim Assuriya dövlətinin adından götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Xalq Şurası (birpalatalı parlament)
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – ərəb
Din –islam, xristianlıq
Paytaxt – Dəməşq
Əhali – 18.564 min. (2016)
Ərazisi – 185 200 km2
Valyuta – Suriya funtu = 100 piastr
Milli bayram – Təxliyyə günü – 17 aprel (1946)
BMT-nin  üzvü - 1945
İƏT (İKT)-in üzvü - 1972

Suriya Azərbaycanın müstəqilliyini 16 yanvar 1992-ci ildə tanımışdır. 28 mart 1992-ci ildə SƏR ilə diplomatik əlaqələr yaradılmışdır. Ölkələrimiz arasında əməkdaşlıq BMT və ĠKT çərçivəsində həyata keçirilir.

Birləşmiş Ərəb Əmirlikləri

Dövlətin adının mənşəyi – ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə deməkdir. 
İdarəetmə forması – monarxiya üsul-idarəsi ilə 7 subyektdən ibarət federasiya (əmirliklər)
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Federal Milli Şura
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Abu-Dabi
Əhali – 9. 267 min. (2016)
Ərazisi – 83 657 km2
Valyuta – dirhəm = 100 fil
Milli ebayram – Federasiyasının yaranması günü – 2 dekabr (1971)
BMT-nin  üzvü - 1971
İƏT (İKT)-in üzvü - 1972

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1 sentyabr 1992-ci ildə qurulmuşdur.

Syerra-Leone Respublikası

Dövlətin adının mənşəyi – Portuqal dilində Sera-da-Liona dağının adından götülürmüşdür və “şir silsiləsi” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Nümayəndələr Palatası
Ali icra orqanı – hökumət
Dövlət dili – ingilis
Din – islam, xristianlıq və ənənəvi təriqətlər
Paytaxt – Fritaun
Əhali – 6. 593 min. (2016)
Ərazisi – 71 740 km2
Valyuta – leone = 100 sent
Milli bayram – Müstəqillik günü – 27 aprel (1961)
BMT-nin  üzvü - 1961
İƏT (İKT)-in üzvü - 1972

Azərbaycan ilə Syerra-Leone Respublikası arasında diplomatik əlaqələr 13 may 1995-ci ildə qurulmuşdur.

Banqladeş Xalq Respublikası

Dövlətin adının mənşəyi –benqalların dilində - “Benqaliya ölkəsi” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – parlament (bir palatalı Milli Məclis)
Ali icra orqanı – hökumət
Dövlət dili – benqal
Din – islam (dövlət dini), induizm
Paytaxt – Dəkkə
Əhali – 160. 992 min. (2016)
Ərazisi – 144 000 km2
Valyuta – təkə = 100 pays
Milli bayram – Müstəqillik günü – 26 mart (1970)
BMT-nin  üzvü - 1974
İƏT (İKT)-in üzvü - 1974

Banqladeş 1991-ci il dekabrın 30-da Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il fevralın 26-da yaradılmışdır.

Qabon Respublikası

Dövlətin adının mənşəyi – portagiz dilində qabao – “plaş” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – ikipalatalı parlament (yuxarı palata Senat, aşağı palata Milli Məclis)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – fransız
Din – islam, xristianlıq və ənənəvi təriqətlər
Paytaxt – Librevil
Əhali – 1. 764 min. (2016)
Ərazisi – 267 667 km2
Valyuta – frank KFA = 100 santim
Milli bayram – Müstəqillik günü – 17 avqust (1960)
BMT-nin  üzvü - 1960
İƏT (İKT)-in üzvü - 1974

1996-cı ilin 1 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində mövcuddur.

Qambiya Respublikası

Dövlətin adının mənşəyi – Qalbia çayının Avropadan təhrif olunmuş adından götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis
Ali icra orqanı – hökumət
Dövlət dili – ingilis
Din – islam, xristianlıq və ənənəvi etiqadlar
Paytaxt – Bancul
Əhali – 2. 055 min. (2016)
Ərazisi – 11 300 km2
Valyuta – dalasi = 100 butum
Milli bayram – Müstəqillik günü – 18 fevral (1965)
BMT-nin  üzvü - 1965
İƏT (İKT)-in üzvü - 1974

İki ölkə arasında diplomatik əlaqələr 1994-ci ilin 11 noyabr tarixində qurulmuşdur. 

Qvineya-Bisau Respublikası

Dövlətin adının mənşəyi – Qvineya vilayəti və paytaxt Bisaunun adından götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident, eyni zamanda Dövlət Şurasının başçısıdır.
Ali qanunverici orqan – Milli Xalq Məclisi (birpalatalı parlament)
Ali icra orqanı – Dövlət Şurası
Dövlət dili – portuqal
Din – islam və ənənəvi təriqətlər
Paytaxt – Bisau
Əhali – 1. 889 min. (2016)
Ərazisi – 60 100 km2
Valyuta – frank KFA = 100 santim
Milli bayram – Müstəqillik günü – 24 sentyabr (1973)
BMT-nin  üzvü - 1974
İƏT (İKT)-in üzvü - 1974

Qvineya Respublikası ilk dövlətlərdən biri olaraq 1992-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır və Afrikanın ilk dövləti olaraq 1992-ci ilin 11 mart tarixində Azərbaycanla diplomatik əlaqələr yaradılmışdır. Azərbaycan ilə Qvineya arasında əlaqələr əsasən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilir. Azərbaycan və Qvineya arasında əlaqələr Rusiyadakı Səfirlikləri tərəfindən həyata keçirilir. Azərbaycan ilə Qvineya arasında dövlət və hökumət başçıları və Xarici İşlər Nazirləri səviyyəsində mütəmadi olaraq məktub mübadiləsi aparılır.

Uqanda Respublikası

Dövlətin adının mənşəyi – qanda xalqı etnonimindən götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan –birpalatalı Milli Məclis
Ali icra orqanı – hökumət
Dövlət dili – ingilis
Din – islam, xristianlıq, animizm
Paytaxt – Kampala
Əhali – 40. 323 min. (2016)
Ərazisi – 236 040 km2
Valyuta – Uqanda şillinqi = 100 sent
Milli bayram – Müstəqillik günü – 9 sentyabr (1962)
BMT-nin  üzvü - 1962
İƏT (İKT)-in üzvü - 1974

Azərbaycan ilə Uqanda Respublikası arasında diplomatik əlaqələr 19 avqust 1995-ci ildə qurulmuşdur.

Burkina - Faso

Dövlətin adının mənşəyi – yerli dialektdən tərcümədə “düz adamların ölkəsi” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis
Ali icra orqanı – hökumət
Dövlət dili – fransız
Din – islam, xristianlıq və ənənəvi etiqadlar
Paytaxt – Uaqaduqu
Əhali – 18. 451 min. (2015)
Ərazisi – 274 500 km2
Valyuta – frank KFA = 100 santim
Milli bayram – Respublika günü – 11 dekabr (1958)
BMT-nin  üzvü - 1960
İƏT (İKT)-in üzvü - 1974

Azərbaycan ilə Burkina-Faso dövləti arasında diplomatik əlaqələr 28 may 2004-cü ildə qurulmuşdur.

Kamerun Respublikası

Dövlətin adının mənşəyi – portuqalca "Riu-duş-Kameroneş" “krevetka çayı” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – birpalatalı parlament (Milli Məclis)
Ali icra orqanı – hökumət, ancaq prezidentə hesabat verir
Dövlət dili – fransız
Din – islam, xristianlıq
Paytaxt – Yaunde
Əhali – 23,25 mln. (2017)
Ərazisi – 475 440 km2
Valyuta – frank KFA = 100 santim
Milli bayram – Müstəqillik günü – 5 iyul (1975)
BMT-nin  üzvü - 1975
İƏT (İKT)-in üzvü - 1974

Azərbaycan ilə Kamerun Respublikası arasında diplomatik əlaqələr 24 fevral 1995-ci ildə qurulmuşdur.

İraq Respublikası

Dövlətin adının mənşəyi – ərəbcə "iraq" sözündən götürülüb və “sahil” yaxud “düzən” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – İraq Nümayəndələr Şurası
Ali icra orqanı – hökumət
Dövlət dili – ərəb
Din – islam
Paytaxt – Bağdad
Əhali – 37. 548 min. (2017)
Ərazisi – 437 072 km2
Valyuta – dinar = 100 fil
Milli bayram – Milli Respublika günü. İnqilab günü – 17 iyul (1968)
BMT-nin  üzvü - 1945
İƏT (İKT)-in üzvü - 1975

2 yanvar 1992-ci il tarixində İraq Azərbaycanın müstəqilliyini tanımışdır. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılmışdır. Azərbaycanın İraqla BMT və İKT çərçivəsində, əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə etmişdir. Hələ 1979-cu ildə Bakı və Bəsrənin qardaşlaşmasına dair sənəd imzalanmışdır.

Komor Adaları Federativ İslam Respublikası

Dövlətin adının mənşəyi – ərəb dilində “Cebel əl-Komor” “aylı adalar” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – ikipalatalı parlament: Senat və Federal Məclis
Ali icra orqanı – hökumət
Dövlət dili – komor, fransız, ərəb
Din – islam
Paytaxt – Moroni 
Əhalisi-  807 min. (2016) 
Ərazisi – 2170 km2
Valyuta – komor frankı = 100 santim
Milli bayram – Müstəqillik günü – 6 iyul (1975)
BMT-nin  üzvü - 1979
İƏT (İKT)-in üzvü - 1976

Azərbaycan ilə Komor Adaları Federativ İslam Respublikası arasında diplomatik əlaqələr 6 sentyabr 1994-cü ildə qurulmuşdur.

Maldiv Respublikası

Dövlətin adının mənşəyi – sanskriptcə “dwira” sözündən götürülüb və “ada” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Xalq Şurası
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – maldiv (divexi)
Din – islam
Paytaxt – Male
Əhali – 342 min. (2014)
Ərazisi – 298 km2
Valyuta – rufiya = 100 laari
Milli bayram – Müstəqillik günü – 24 iyul (1965)
BMT-nin  üzvü - 1965
İƏT (İKT)-in üzvü - 1976

İki ölkə arasında diplomatik əlaqələr 20 dekabr 1994-cü ildə qurulmuşdur.

Cibuti Respublikası

Dövlətin adının mənşəyi – Ölkənin baş şəhərinin adından. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – ərəb, fransız
Din – islam, xristianlıq
Paytaxt – Cibuti
Əhali – 900 min. (2016)
Ərazisi – 22 000 km2
Valyuta – frank = 100 santim
Milli bayram – Müstəqillik günü – 27 iyun (1977)
BMT-nin  üzvü - 1977
İƏT (İKT)-in üzvü - 1978

Azərbaycan ilə Cibuti Respublikası arasında diplomatik əlaqələr 22 oktyabr 1996-cı ildə qurulmuşdur.

Benin Respublikası

Dövlətin adının mənşəyi – Binlər xalq etnonimindən
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis
Ali icra orqanı – hökumət
Dövlət dili –fransız
Din – islam, xristianlıq və ənənəvi etiqadlar
Paytaxt – Porto-Novo
Əhali – 10. 316 min. (2015)
Ərazisi – 112 622 km2
Valyuta – Qərbi Afrika frankı KFA = 100 santim
Milli bayram – Müstəqillik günü – 1 avqust (1960)
BMT-nin  üzvü - 1962
İƏT (İKT)-in üzvü - 1983

1999-cu ilin 14 oktyabr tarixində Azərbaycan Respublikası və Benin Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

Bruney Darussəlam Sultanlığı

Dövlətin adının mənşəyi – adın dəqiq tərcüməsi – “Bruney" "dünyanın iqamətgahı” deməkdir. 
İdarəetmə forması – mütləq monarxiya
Dövlət başçısı – sultan
Ali qanunverici orqan – sultanlıq
Ali icra orqanı – hökumət
Dövlət dili –malay, ingilis (rəsmi)
Din – islam, buddizm
Paytaxt – Bandar-Seri Beqavan
Əhali –  429 min. (2016)
Ərazisi – 5765 km2
Valyuta – Bruney dolları
Milli bayram – Müstəqillik günü – 23 fevral (1984)
BMT-nin  üzvü - 1984
İƏT (İKT)-in üzvü - 1984

Bruney Darüssalam ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 24 noyabr 1995-ci il tarixində yaradılmışdır. Hələlik qarşılıqlı olaraq diplomatik nümayəndəliklər təsis edilmişdir.

Nigeriya Federativ Respublikası

Dövlətin adının mənşəyi – Niger çayının adından (tuareq dilindən tərcümədə - “axar su”) götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – ikipalatalı Milli Assambleya (Senat və Nümayəndələr Palatası)
Ali icra orqanı – hökumət
Dövlət dili –malay, ingilis (rəsmi)
Din – islam, xristianlıq və ənənəvi təriqətlər
Paytaxt – Abuca
Əhali – 186. 988 min. (2016)
Ərazisi – 923 768 km2
Valyuta – nayra = 100 kobo
Milli bayram – Müstəqillik günü – 1 sentyabr (1960)
BMT-nin  üzvü - 1960
İƏT (İKT)-in üzvü - 1986

Nigeriya Azərbaycanın müstəqilliyini 11 mart 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik əlaqələr 10 noyabr 1995-ci ildə qurulmuşdur. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində mövcuddur. İki ölkə arasında təmaslar əsasən Azərbaycanın və Nigeriyanın İran Respublikasındakı Səfirlikləri vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası

Dövlətin adının mənşəyi – farsca "azər" “od”, "abadaqan" “yığan” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis (birpalatalı parlament)
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – azərbaycan
Din – islam, xristianlıq, iudaizm və başqa təriqətlər
Paytaxt – Bakı
Əhali – 9. 731 min. (2016)
Ərazisi – 86 600 km2
Valyuta – manat = 100 qəpik
Milli bayram – Respublika günü – 28 may (1918), Novruz bayramı – 21 mart
BMT-nin  üzvü - 1992
İƏT (İKT)-in üzvü - 1991

Albaniya Respublikası

Dövlətin adının mənşəyi – illiriya sözü “olba” “kənd” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Küvend (birpalatalı Xalq məclisi)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – alban
Din – islam
Paytaxt – Tirana
Əhali – 2.287 min. (2016)
Ərazisi – 28 748 km2
Valyuta – lek = 100 kindark
Milli bayram – Müstəqillik günü – 28 noyabr (1912)
BMT-nin  üzvü - 1955
İƏT (İKT)-in üzvü - 1992

Albaniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış və 23 sentyabr 1993-cü ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.

Qırğızıstan Respublikası

Dövlətin adının mənşəyi – qırğızlar xalq etnonimindən götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – ikipalatalı parlament – Ali Sovet (Qanunverici məclis və Xalq nümayəndələri məclisi)
Ali icra orqanı – hökumət
Dövlət dili – qırğız, rus
Din –islam, xristianlıq
Paytaxt – Bişkek
Əhali – 6. 009 min. (2015)
Ərazisi – 198 500 km2
Valyuta – som = 100 tiyin
Milli bayram – Müstəqillik günü – 31 avqust (1991)
BMT-nin  üzvü - 1992
İƏT (İKT)-in üzvü - 1992

İki ölkə arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə yaradılmışdır. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 2007-ci ilin sentyabr ayında fəaliyyətə başlamışdır.

Tacikistan Respublikası

Dövlətin adının mənşəyi – Tacikistan “taciklər ölkəsi” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Məclis (parlament)
Ali icra orqanı – hökumət
Dövlət dili – tacik
Din – islam
Paytaxt – Düşənbə
Əhali – 8. 594 min. (2016)
Ərazisi – 143 100 km2
Valyuta – somoni = 100 dirəm
Milli bayram – Müstəqillik günü – 9 sentyabr (1991)
BMT-nin  üzvü - 1992
İƏT (İKT)-in üzvü - 1992

İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi 2007-ci ildə açılmışdır.

Türkmənistan Respublikası

Dövlətin adının mənşəyi – türkmənlər xalq etnonimindən götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan Məclis (birpalatalı parlament)
Ali icra orqanı – hökumət
Dövlət dili – türkmən
Din – islam, xristianlıq
Paytaxt – Aşqabat
Əhali – 5. 439 min. (2016)
Ərazisi – 498 100 km2
Valyuta – manat = 100 tənğə
Milli bayram – Müstəqillik günü – 27 oktyabr (1991)
BMT-nin  üzvü - 1992
İƏT (İKT)-in üzvü - 1992

İki ölkə arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur. Türkmənistanın Azərbaycandakı Səfirliyi 8 iyun 1999-cu ildə fəaliyyətə başlamış, 4 iyun 2001-ci ildə maliyyə çatışmazlığı səbəbindən Aşqabada köçürülmüş, 8 aprel 2008-ci ildə fəaliyyətini bərpa etmişdir.

Mozambik Respublikası

Dövlətin adının mənşəyi – Sultan Mussa Ben – Mbikin adından götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Respublika Assambleyası
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – portagiz
Din – islam, xristianlıq
Paytaxt – Maputu
Əhali – 28. 752 min. (2016)
Ərazisi – 801 590 km2
Valyuta – metikal = 100 sentavo
Milli bayram – Müstəqillik günü – 25 iyun (1975)
BMT-nin  üzvü - 1975
İƏT (İKT)-in üzvü - 1994

Azərbaycan ilə Mozambik Respublikası arasında diplomatik əlaqələr 20 iyun 1995-ci ildə qurulmuşdur.

Qazaxıstan Respublikası

Dövlətin adının mənşəyi – qazax xalq etnonimindən götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – ikipalatalı parlament (Senat və Məclis)
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – qazax
Din – islam, xristianlıq
Paytaxt – Astana
Əhali – 17. 964 min. (2017)
Ərazisi – 2,707 300 km2
Valyuta – tengə = 100 tıyin
Milli bayram – Respublika günü – 25 oktyabr (1990)
BMT-nin  üzvü - 1992
İƏT (İKT)-in üzvü - 1995

İki ölkə arasında 1992-ci il avqustun 30-u diplomatik münasibətlər qurulmuşdur. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi 1993-cü il yanvarın 9-da, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi isə 2004-cü il martın 1-də fəaliyyətə başlamışdır.

Özbəkistan Respublikası

Dövlətin adının mənşəyi – ğzbəklər xalq etnonimindən götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Ali Məclis (Birpalatalı Parlament)
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – özbək; rus və tacik dilləri də işlənilir.
Din –islam, xristianlıq
Paytaxt – Daşkənd
Əhali – 32. 122 min. (2017)
Ərazisi – 447 400 km2
Valyuta – sum = 100 tiyin
Milli bayram – Müstəqillik günü – 1 sentyabr (1991)
BMT-nin  üzvü - 1992
İƏT (İKT)-in üzvü - 1995

İki ölkə arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə yaradılmışdır. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi 1996-cı ildə fəaliyyətə başlamışdır. Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1998-ci ilin may ayında fəaliyyətə başlamışdır.

Surinam Respublikası

Dövlətin adının mənşəyi – yerli surina hindu tayfasının adından götürülmüşdür. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Assambleya (Birpalatalı Parlament)
Ali icra orqanı – hökumət
Dövlət dili – niderland
Din – islam, xristianlıq, induizm
Paytaxt – Paramaribo
Əhali – 548 min. (2016)
Ərazisi – 163 270 km2
Valyuta – qulden = 100 sent
Milli bayram – Müstəqilliyin elan olunduğu gün – 25 noyabr (1975)
BMT-nin  üzvü - 1975
İƏT (İKT)-in üzvü - 1996

Azərbaycan ilə Surinam Respublikası arasında diplomatik əlaqələr 11 fevral 2000-ci ildə qurulmuşdur.

Toqo Respublikası

Dövlətin adının mənşəyi – eve xalqının dilində “çəlləyin o biri tərəfindəki yer” kimi səslənir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis (Birpalatalı Parlament)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – fransız
Din – islamworld. xristian, anemizm
Paytaxt – Lome
Əhali – 7. 497 min. (2016)
Ərazisi – 56 800 km2
Valyuta – frank KFA = 100 santim
Milli bayram – Müstəqillik günü – 27 aprel (1960)
BMT-nin  üzvü - 1960
İƏT (İKT)-in üzvü - 1997

2010-cu il 28 dekabr tarixində Azərbaycan Respublikası və Toqo Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində mövcud olmuşdur.

Qayana Kooperativ Respublikası

Dövlətin adının mənşəyi – yerli hinduların dilində Qayana “böyük su ölkəsi” deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Assambleya (Birpalatalı Parlament)
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – ingilis
Din – islam, xristianlıq, induizm
Paytaxt – Corctaun
Əhali – 802 min. (2015)
Ərazisi – 214 969 km2
Valyuta – Qayana dolları – 100 sent
Milli bayram – Respublika günü – 23 fevral (1970)
BMT-nin  üzvü - 1966
İƏT (İKT)-in üzvü - 1998

Azərbaycan ilə Qayana Kooperativ Respublikası arasında diplomatik əlaqələr 9 yanvar 1995-ci il ildə qurulmuşdur.

Kot d'İvuar Respublikası

Dövlətin adının mənşəyi – fransızca “koto” sözü sahil, "ivoire" isə fil sümüyü deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Milli Məclis (Birpalatalı Parlament)
Ali icra orqanı – Nazirlər Kabineti
Dövlət dili – fransız
Din – islam, xristianlıq, ənənəvi təriqətlər
Paytaxt – Yamusukro
Əhali – 23. 255 min. (2016)
Ərazisi – 322 500 km2
Valyuta – frank = 100 santim
Milli bayram – Müstəqilliyin elan olunduğu gün – 7 avqust (1960)
BMT-nin  üzvü - 1960
İƏT (İKT)-in üzvü - 2001

1996-cı ilin 19 noyabr tarixində  Azərbaycan Respublikası və Kot d'İvuar Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur. Azərbaycan ilə Kot d’İvuar arasında təmaslar əsasən Rusiyadakı səfirliklər vasitəsilə həyata keçirilir. 

 

 

Müşahidəçi dövlətlər

 

Bosniya və Herseqovina

Dövlətin adının mənşəyi – Bosna çayının adından və macar dilində “herseq” (“Boyevoda” deməkdir) sözündən götürülmüşdür.
İdarəetmə forması – respublika
Dövlət başçısı – Rəyasət heyətinin sədri, RH 3 nəfərdən ibarət (serb, bosniyalı, xorvat) seçilir və növbə ilə hər 8 aydan bir-birini sədr vəzifəsində əvəz edir.
Ali qanunverici orqan – İkipalatalı Parlament Assambleyası. Milli Palata, Xalq Palatası
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – bosniya, serb, xorvat
Din – islam, xristianlıq
Paytaxt – Sarayevo
Əhali – 3. 532 min. (2013)
Ərazisi – 51 129 km2
Valyuta – Bosniya və Herseqovina markası = 100 pfenninq
Milli bayram – Millət günü – 25 noyabr (1943)
BMT-nin  üzvü - 1992
İƏT (İKT)-in üzvü - 1994

9 fevral 1995-ci ildə Bosniya və Herseqovina-Azərbaycan arasında diplomatik münasibətlər qurulmuşdur. Bosniya və Herseqovinanın Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur. 2011-ci ilin 1 mart tarixindən Azərbaycan Respublikasının Sarayevoda diplomatik ofisi fəaliyyət göstərir.

Mərkəzi Afrika Respublikası

Dövlətin adının mənşəyi – ölkənin yerləşdiyi coğrafi vəziyyətə görə bu ad verilmişdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – ikipalatalı konqress (İqtisadi və bölgə şurası, Milli Məclis)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – fransız, sanqo
Din – islam, xristianlıq, ənənəvi təriqətlər
Paytaxt – Bangi
Əhali – 4. 999 min. (2016)
Ərazisi – 622 964 km2
Valyuta – frank KFA = 100 santim
Milli bayram – Respublika elan edilməsi günü – 1 dekabr (1958)
BMT-nin  üzvü - 1960
İƏT (İKT)-in üzvü - 1997

Şimali Kipr Türk Cümhuriyyəti

Dövlətin adının mənşəyi – yunan sözü "kuparisos"dan götürülüb və "bal yeri" deməkdir. 
İdarəetmə forması – respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – Nümayəndələr palatası
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – yunan, türk
Din – islam, xristianlıq
Paytaxt – Nikoziya
Əhali – 314 min. (2014)
Ərazisi – 9250 km2
Valyuta – Kipr funtu = 100 sent
Milli bayram – Müstəqillik günü – 1 oktyabr (1960). Adanın Türk icması bu günü 15 noyabr (1983) kimi qeyd edir.
BMT-nin  üzvü - 1960
İƏT (İKT)-in üzvü - 1979

Tailand Krallığı

Dövlətin adının mənşəyi – tan xalqnın etnonimindən götürülmüşdür. 
İdarəetmə forması – Konstitusiyalı monarxiya
Dövlət başçısı – kral
Ali qanunverici orqan – İkipalatalı Xalq Assambleyası (Nümayəndələr Palatası və Senat)
Ali icra orqanı – Nazirlər Soveti
Dövlət dili – tay
Din – islam, buddizm
Paytaxt – Bankonq
Əhali – 65. 324 min. (2016)
Ərazisi – 514 000 km2
Valyuta – bat
Milli bayram – Kralın ad günü – 5 dekabr (1927)
BMT-nin  üzvü - 1992
İƏT (İKT)-in üzvü - 1998

Azərbaycan və Tailand Krallığı arasında diplomatik münasibətlər 7 may 1992-ci ildə qurulmuşdur. 30 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Tailand Krallığında Səfirliyinin fəaliyyətinin təmin edilməsi barədə 545 saylı Sərəncam imzalanmışdır.

Rusiya Federasiyası

Dövlətin adının mənşəyi – rus etnonimindən götürülmüşdür. 
İdarəetmə forması – federativ dövlət quruluşu ilə respublika
Dövlət başçısı – prezident
Ali qanunverici orqan – İkipalatalı Federativ Məclis (Dövlət Duması və Federasiya Şurası)
Ali icra orqanı – hökumət
Dövlət dili – rus
Din – xristianlıq, islam və digərləri
Paytaxt – Moskva
Əhali – 146.805 min. (2017)
Ərazisi – 17,075 200 km2
Valyuta – rubl = 100 qəpik
Milli bayram – Müstəqillik haqqında bəyannamənin qəbulu – 12 iyun (1990)
BMT-nin  üzvü - 1945
İƏT (İKT)-in üzvü - 2005

1992-ci il aprelin 4-ü Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlər qurulub. 1992-ci il Rusiyada Azərbaycan səfirliyi və Bakıda Rusiya Səfirliyi açılmışdır.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.