









Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dünyəvi, demokratik dövlət olmaqla bərabər, öz dini və milli ənənləlrinə sadiqdir. Azərbaycan xalqı İslam dünyasının ayrılmaz parçasıdır. Azərbaycanda milli-mənəvi dəyərlər İslam dəyərləri əsasında formalaşıbdır. Azərbaycan Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların da üzvüdür. Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Hazırda müsəlman dünyasının əvvəlki dövrlərdə heç olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı vardır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir.
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan və İslam dünyası” elektron resursu “İslam Həmrəyliyi İli”nə həsr edilmişdir.
E-Kitablar
KİV
- Qasımlı, Musa. Türkiyə-Rusiya münasibətlərinin tarixi təcrübəsi 100 ilin zirvəsindən / M. Qasımlı // Xalq qəzeti.- 2021.- 10 mart.- № 53.- S. 8.
- Ələddinqızı, Nəzakət. Azərbaycan-Pakistan dostluğu əbədidir / N. Ələddinqızı // Səs.- 2021.- 5 mart.- № 42.- S. 4.
- Rza, Zahid. Azərabycan-Türkiyə: “Bir ürək, bir bilək, bir yumruq” / Z. Rza // Səs.- 2021.- 4 mart.- № 41.- S. 6.
- Şahtaxtı, Sabir. Ankarada İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib / S. Şahtaxtı // Xalq qəzeti.- 2021.- 20 fevral.- № 39.- S. 4.
- Talıbov, Rza. Azərbaycanın etibarlı dostu, səmimi müttəfiqi: ölkəmizin Pakistanla mühüm tərəfdaşlıq münasibətləri qarşılıqlı etimada və səmərəli əməkdaşlığa əsaslanır / R. Talıbov // Azərbaycan.- 2021.- 20 fevral.- № 39.- S. 1,5.
- Əliyeva, Yeganə. Türkiyə-Azərbaycan birliyi: siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb / Y. Əliyeva // İki sahil.- 2021.- 20 fevral.- № 33.- S. 2.
- Mirzəbəyli, İttifaq. Azərbaycan – ICESCO əməkdaşlığı İslam dünyasında nümunə kimi qəbul edilir / İ. Mirzəbəyli // Xalq qəzeti.- 2021.- 13 fevral.- № 33.- S. 3.
- Mirzəbəyli, İttifaq. Azərbaycanın təşəbbüsləri türk dövlətlərini daha da yaxınlaşdırır / İ. Mirzəbəyli // Xalq qəzeti.- 2021.- 13 fevral.- № 33.- S. 6.
- Həbibbəyli, İsa. Azərbaycan-Türkmənistan əlaqələri: "Dostluq" yatağından elm sahəsində əməkdaşlığa / İ. Həbibbəyli // 525-ci qəzet.- 2021.- 30 yanvar.- № 18.- S. 6.
- Əldə edilən razılaşmalar türk dünyasının birliyinin möhkəmlənməsinə də mühüm töhfələr verəcək: [Milli Məclisin deputatı Ramil Həsənin müsahibəsi] // Hərbi and.- 2021.- 29 yanvar.- № 4.- S. 8.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.