Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Qətnamə

15 mart 1998

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXV Konfransı

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin (İslam Ümməti xalqlarının xoş gələcəyi naminə Konfrans) Dohada, Qətər Dövlətində hicri tarixi ilə 1418-ci il zülqədə ayının 17-19-da (miladi tarixi ilə 15-17 mart 1998-ci il) keçirilmiş XXV Konfransı,

İKT Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək; 

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı apardığı və Azərbaycan ərazisinin 20%-dən çoxunun işğal olunması iiə nəticələnən təcavüzündən dərin narahat olduğunu ifadə edərək; 

Erməni təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkünlərin aqibəti və humanitar problemlərin artmasından və onların böyük həcminə dərin təəssüf hissini bildirərək; 

Ötən konfransların müvafiq bütün qətnamələrini, xüsusilə də İKT-nin Tehranda, İran İslam Respublikasında 1418-ci il şaban ayının 9-11-də (9-11 dekabr 1997-ci il) keçirilmiş VIII Zirvə Toplantısınm N12/8-R(IS) saylı Qətnaməsini yenidən təsdiq edərək; 

Ermənistan Respublikasının Azorbaycan Respublikasına qarşı təcavüzünün bcynəlxalq sülh və təhlükəsizlik üçün ciddi tohlükə yaratdığını dərk edərək; 

BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasımn qətnamələrinin tam şəkildə icrasına ciddi surətdə əməl edilməsinə çağıraraq; Münaqişənin həlli istiqamətində aparılan bütün diploınatik və digər səyləri alqışlayaraq; 

Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və onun siyasi müstəqilliyinə bütün üzv dövlətlərin ehtirammı bir daha təsdiq edərək; Ərazilərin güc tətbiq etməklə işğalınm tanınmamasını bir daha təsdiq edərək; 

Ermənistan Respublikasınm davam etdirdiyi təcavüzkar siyasətin ATƏT çərçivəsində aparılan hazırkı sülh prosesinə pozucu təsirindən xəbərdar olaraq; 

Baş Katibin Ermənistan Respublikasımn Azərbaycan Respublikasına qarşı təcavüzünə dair məruzəsini (sənəd No ICFM/25-98/PILI/D/6) nəzərə alaraq; 

  1. Ermənistan Respublikasmın Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir. 
  2. İşğal edilmiş Azərbaycan ərazilərində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət hesab edir. 
  3. İşğal edilmiş Azərbaycan ərazilərində arxeoloji, mədəni və islam abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir. 
  4. BMT Təhlükəsizlik Şurasmm 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal, qeyd-şərtsiz və ciddi şəkildə yerinə yetirilməsini, Ermənistan silahlı qüwələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayoniarmdan tamamilə çıxarılmasını qəti surətdə tələb edir və Ermənistanı Azərbaycan Respublikasımn suverenliyinə və ərazi bütövlüyünə ciddi şəkildə hörmət etməyə çağırır. 
  5. Təhlükəsizlik Şurasınm qətnamələrinin müddəalarının Ermənistanın yerinə yetirməməsindən narahat olduğunu bildirir. 
  6. Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tərəfındən etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq, Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımlann atılmasma; Azərbaycan Respublikasmın suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək, təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT ilə koordinasiyalı fəaliyyət göstərməyi qərara alır. 
  7. Bütün üzv dövlətləri Ermənistana — təcavüzkarı münaqişəni şiddətləndirməyə və Azərbaycan ərazisinin işğahnı davam etdirməyə təşviq edən, silah və hərbi sursat təqdim etməkdən imtina etməyə çağırır. İKT-yə üzv dövlətin ərazisi bu kimi yüklərin tranziti üçün istifadə edilməməlidir. 
  8. Ermənistanın təcavüzünə və Azərbaycan torpaqlannın işğalına son qoyulması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinə müraciət edərək, hər cür təsirli iqtisadi və siyasi todbirlərdən istifadə etməyə çağırır. 
  9. Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ehtiram əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır. 
  10. Ermənistanı, Azərbaycam və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri, BMT-nin Təhlükəsizlik Şurasının müvafıq qətnamələri və ATƏM-in 24 mart 1992-ci ildə keçirilmiş Birinci Əlavə Görüşündə, ATƏM-in 5-6 dekabr 1994-cü ildə keçirilmiş Sammitində, ATƏT-in 2-3 dekabr 1996-cı ildə keçirilmiş Sammitində və ATƏT-in 18-19 dekabr 1997-ci ildə keçirilmiş Nazirlər Şurasmm Görüşündə məsələ ilə bağlı qəbul edilmiş qərar və sənədlər əsasında ATƏT-in 874 hazırkı sülh prosesində prinsipial surətdə iştirak etməyə və problemin sülh yolu ilo həllini çətinləşdirə biləcək hər cür əməldən çəkinməyə çağırır. 
  11. ATƏT-in fəaliyyətdə olan sədrinin 1996-cı ildə Lissabon Sammitində Ermənistan-Azərbaycan silahlı münaqişəsinin həlli ilə bağlı bəyanatındakı, Ermənistan Respublikası və Azərbaycan Respublikasınm ərazi bütövlüyii, Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində özünüidarəetmənin yüksək statusu, Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinin təminatına dair 3 prinsipi tam şəkildə dəstəklədiyini bildirir. 
  12. Minsk Konfransımn həmsədrlərinin Ermənistan-Azərbaycan hərbi münaqişəsinin mərhələlərlə həllinə dair təkliflərini ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar üçün əsas hesab edir və bu addımı Azərbaycan Respublikasına qarşı təcavüzün ciddi nəticələrinin dərhal aradan qaldırılmasımn təminatçısı hesab edir. 
  13. Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafıəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir daha təsdiq edir. 
  14. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələri üçün imkan yaradılmasına çağırır. 
  15. Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş biitün üzv dövlətlərə öz təşəkkürünü bildirir və digər dövlətləri onlara yardım göstərməyə çağırır. 
  16. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın vo köçkünlərin qarşılaşdığı kəskin humanitar vəziyyətlə əlaqədar narahat olduğunu bildirir və üzv dövlətlor, İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Rcspublikasına təcili maliyyə və humanitar yardım göstərmolərini xahiş cdir. 
  17. Hesab edir ki, Azərbaycan ona dəymiş ziyanın miiqabilini almaq hiiququna malikdir və Ermənistan bu ziyanın miiqabilini ödəmək üçiin tam məsuliyyət daşıyır. 
  18. Baş Katibdən İKT-yə üzv dövlətlərin bu problcmlə bağh mövqeyini ATƏT-in Hazırkı Sədrinə bildirməyi xahiş edir. 
  19. Baş Katibdən bu Qətnamənin ycrinə yctirilməsino nəzarət edilməsım və bu barədə İKT Xarici işlər nazirlərinin XXVI Konfransına məruzə etməsini xahiş cdir.


 
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.