İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq mühafizə orqanlarının rəhbərlərinin Konfransının Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İslam Konfransı Təşkilatına üzv olan dövlətlər arasında hüquq mühafizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq mühafizə orqanlarının rəhbərlərinin Konfransı 2009-cu il 20-22 aprel tarixlərində Bakı şəhərində keçirilsin.
2. Bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan Konfransın hazırlanmasını və keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri:
Abid Şərifov -Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsinin üzvləri:
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Xələf Xələfov -Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Namiq Əsgərov -Azərbaycan Respublikası Baş prokurorunun müavini
Əsgər Ələkbərov -Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Toğrul Musayev -Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Əli Şəfiyev -Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
Əsgər Abdullayev -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini
Firudin Nəbiyev -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin birinci müavini
3. Təşkilat Komitəsi Konfransın keçirilməsi ilə bağlı müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 2 dekabr 2008-ci il
№ 82
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.