Azərbaycan Respublikasına İqtisadi yardım haqqında Qətnamə

28 may 2003

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXX konfransı 

İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27-29 rəbbiul-əvvəl 1424-cü hicri il (28-30 may 2003-cü ilə müvafiqdir) tarixində keçirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı İKT Dövlət və Hökumət başçılarının IX Zirvə Konfransınm qəbul etdiyi 21/9-E (S) saylı qətnaməsini xatırlayaraq;

Eləcə də İKT Xarici işlər nazirlərinin XXIX Toplantısının 21/29-E saylı qətnaməsini xatırlayaraq;

Ölkənin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə tamamilə həmrəyliyini təsdiq edərək;

BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək;

Ermənistanın Azərbaycanın Yuxarı Qarabağ bölgəsində apardığı hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin təqribən 20 faizinin işğalı, həmçinin qəddarlıqla həyata keçirilən hücumlar nəticəsində 1 milyonadək azərbaycanlının öz doğma yurdlarından zorla qovulmağa məcbur edilməsi, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu təcavüz əməllərini pisləyərək;

İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu daha konkret ifadə etməyin zəruriliyini etiraf edərək; 

Bir sıra İKT-yə üzv dövlətlərin və müvafiq qurumların, BMT təsisatlarının və beynəlxalq təşkilatların təqdim etdiyi yardımı alqışlayaraq və qiymətləndirərək;

886 Eləcə də, Baş Katibin məruzəsini nəzərə alaraq: 

  1. Üzv dövlətləri və İslam qurumlarını Azərbaycan xalqının əzablarını yüngülləşdirmək məqsədi ilə Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardım göstərməyə çağırır. 
  2. Beynəlxalq təşkilatları Azərbaycanı təcili maliyyə və humanitar yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir. 
  3. İKT Xarici işlər nazirlərinin XXXI Toplantısına bu haqda məruzə təqdim etməsini Baş Katibdən xahiş edir.

 
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.