Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında Qətnamə

9 dekabr 1996

İKT Xarici İşlər Nazirlərinin XXIV konfransı

İKT Xarici İşlər Nazirlərinin İndoneziya Respublikasının Cakarta şəhərində hicri tarixi ilə 1417-ci il rəcəb ayının 28-dən şaban ayının 3-dək, miladi tarixi ilə 1996-cı il 9-13 dekabrda keçirilən XXIV konfransı İKT Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək; 

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-indən artığının işğalından dərin narahat olaraq; 

Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqının aqibəti və humanitar problemlərin böyük həcmindən təsirlənərək; ötən konfransların bütün müvafiq qətnamələrinə, xüsusilə Mərakeş Krallığının Kasablanka şəhərində 11-12 rəcəb 1415-ci (13-14 dekabr 1994-cü) ildə keçirilmiş VII Zirvə konfransının qətnaməsinə istinad edərək; 

BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi surətdə əməl edilməsinə çağıraraq; münaqişənin həlli üzrə edilən bütün diplomatik və digər səyləri alqışlayaraq; bütün üzv dövlətlərin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə ehtiramını bir daha təsdiq edərək;

Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar siyasətin ATƏT çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsirini dərk edərək: 

  1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir; 
  2. Təcavüz nəticəsində işğal edilmiş Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirir; 
  3. İşğal edilmiş Azərbaycan ərazisində arxeoloji, mədəni və islam abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir; 
  4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə və şərtsiz çıxarılmasını qəti surətdə tələb edir. Ermənistanı ciddi surətdə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə dəvət edir; 
  5. Təhlükəsizlik Şurası qətnamələrinin müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsindən narahat olduğunu bildirir; 
  6. Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tərəfındən etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq, öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımların atılmasına; Azərbaycan Respublikasmın suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək, təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT ilə koordinasiyalı fəaliyyətdə olmağı qərara alır; 
  7. Bütün üzv dövlətləri Azərbaycan ərazisinin işğalını davam etdirməyə təşviq edən Ermənistana silah və hərbi sursat təqdim etməkdən imtina etməyə çağırır. İKT-yə üzv dövlətin ərazisi bu kimi yüklərin tranziti üçün istifadə edilməməlidir;
  8. Ermənistanın təcavüzə və Azərbaycan torpaqlarının işğalına son qoyması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinə müraciət edərək, hər cür təsirli iqtisadi və siyasi tədbirlərdən istifadə etməyə çağırır; 
  9. Ermənistan və Azərbaycan arasındakı münaqişəni dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ehtiram əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır; 
  10. Ermənistanı, Azərbaycanı və Minsk Qrupuna daxil olan bütün üzv dövlətləri ATƏT-in sülh prosesində prinsipial surətdə iştirak etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər cür əməldən çəkinməyə çağırır; 
  11. Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir daha təsdiq edir; 
  12. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır; 
  13. Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün üzv dövlətlərə öz təşəkürünü bildirir. Digər dövlətləri onlara yardım göstərməyə çağırır; 
  14. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünün qarşılaşdığı kəskin humanitar vəziyyətlə əlaqədar narahat olduğunu bildirir və üzv dövlətlər, İslam İnkişaf Bankı və digər İslam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım təqdim etmələrini xahiş edir; 
  15. Hesab edir ki, Azərbaycan ona dəymiş ziyamn müqabilini almaq hüququna malikdir və Ermənistan bu ziyamn müqabilini ödəmək üzrə tam məsuliyyət daşıyır; 
  16. İKT-yə üzv dövlətlərin bu haqda mövqeyini ATƏT-in indiki sədrinə bildirməsini Baş Katibdən xahiş edir; 
  17. Baş Katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəzarət və bu haqda İKT Xarici İşlər Nazirlərinin 25-ci konfransında məruzə etməsini xahiş edir.
Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.