Azərbaycan Respublikasına iqtisadi yardım barədə 18/8-E IS saylı qətnamə
9 dekabr 1997
İslam Konfransı Təşkilatı dövlət və hökumət başçılarının VIII zirvə toplantısı
İslam Konfransı Təşkilatı dövlət və hökumət başçılarının 9-11 dekabr 1997-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində VIII zirvə toplantısı (Ləyaqət, Dialoq və İştirak Sessiyası) keçirilmişdir.
İslam Konfransı ölkələri xarici işlər nazirlərinin 24-cü sessiyasının 18/24- E saylı qətnaməsini yada salaraq;
Ölkənin tarixinin çox ağır və kritik anında İslam Konfransı Təşkilatı üzvü olan ölkələrin Azərbaycan hökuməti və xalqı ilə yekdil həmrəyliyini təsdiqləyərək;
Bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edərək;
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində silahlı əməliyyatları, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasını, təxminən bir milyon azərbaycanlının öz vətənindən zorla çıxarılması, təcavüz nəticəsində insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyərək;
Azərbaycan hökuməti və xalqı ilə İslam Konfransı Təşkilatına üzv dövlətlərin həmrəyliyini konkret şəkildə nümayiş etdirmək zərurətini lazım bilərək;
İKT-yə üzv olan bəzi ölkələrin və İKT-nin müvafiq qurumlarını, BMT qurumları və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi yardımı alqışlayaraq;
Həm də təşkilatın iqtisadi, mədəni və sosial məsələlər üzrə komissiyasının 20-ci sessiyasının tövsiyələrini nəzərə alaraq;
- İKT-nin üzv dövlətlərinə və islami qurumlara müraciət edir ki, Azərbaycan xalqının iztirab və əzablarını yüngülləşdirmək üçün Azərbaycan hökuməti və xalqına iqtisadi və humanitar yardım göstərsinlər.
- Beynəlxalq təşkilatları Azərbaycana təcili humanitar və maliyyə yardımı göstərməyə çağırır.
- Baş Katibdən xahiş edir ki, məsələni izləsin və bu barədə məruzə hazırlayıb İKT-nin sonrakı sessiyasına təqdim etsin.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.