Azərbaycan Respublikasına iqtisadi yardım haqqında Qətnamə

15 mart 1998

İKT xarici işlər nazirlərinin XXV Toplantısı 

İKT xarici işlər nazirlərinin (İslam Ümməti xalqlarının xoş gələcəyin naminə Konfrans) Doha

da, Qatar Dövlətində, 1418-ci il zülqədə ayının 17-21-də (miladi tarixi ilə 15-19 mart 1998-ci il) keçirilmiş XXV Toplantısı, İKT Dövlət və Hökumət Başçılarının Tehranda keçirilmiş VIII Zirvə Konfransının qəbul etdiyi 18/8-E saylı qətnaməsini xatırlayaraq;

Eləcə də İKT xarici işlər nazirlərinin XXVI Konfransının 18/26-E saylı qətnaməsini xatırlayaraq;

Ölkənin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə tamamilə həmrəyliyini təsdiq edərək;

BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək;

Ermənistanın Azərbaycanın Yuxarı Qarabağ bölgəsində apardığı hərbi əməliyyatlar nəticəsində, Azərbaycanın təqribən 20 faizədək ərazisinin işğalı, həmçinin qəddarlıqla həyata keçirilən hücumlar nəticəsində, 1 milyonadək azərbaycanlının öz doğma yurdlarından zorla qovulmağa məcbur edilməsi, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu təcavüz əməllərini pisləyərək;

İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu daha konkret ifadə etməyin zəruriliyini etiraf edərək;

Bir sıra İKT-yə üzv dövlətlərin və müvafiq qurumların, BMT təsisatlarının və beynəlxalq təşkilatların təqdim etdiyi yardımı alqışlayaraq və qiymətləndirərək;

İqtisadi, mədəni və sosial məsələlər üzrə XXI İslam komissiyasının tövsiyələrini nəzərdən keçirərək;

Eləcə də, Baş katibin məruzəsini nəzərə alaraq:

  1. Üzv dövlətləri və İslam qurumlarını Azərbaycan xalqının əzablarını yüngülləşdirmək məqsədi ilə Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardım göstərməyə çağırır.
  2. Beynəlxalq təşkilatları Azərbaycanı təcili maliyyə və humanitar yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir.
  3. İKT xarici işlər nazirlərinin XXVI-II Konfransına bu haqda məruzə təqdim etməsini Baş katibdən xahiş edir.

 
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.