Ermənistan və Azərbaycan arasında münaqişə üzrə Qətnamə
7 sentyabr 1994
İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXI konfransı
Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilən İKT xarici işlər nazirlərinin fövqəladə sessiyasında Ermənistan və Azərbaycan arasında münaqişə üzrə qətnamə qəbul edilmişdir.
İKT Bəyannaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı hərbi münaqişənin kəskinləşməsi ilə əlaqədar dərindən narahat olaraq;
Ermənistan Respublikası ilə Azərbaycan Respublikasına qarşı aramsız hücumçu və Azərbaycan ərazisinin 20 faizdən artığının işğalını qətiyyətlə pisləyərək;
Ermənistan Respublikasınm Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticəsində 1 milyondan artıq qaçqının əmələ gəlməsi və humanitar problemlərin dözülməzliyi ilə təsirlənərək;
1992-ci il İstanbulda keçirilmiş İKT Xarici İşlər Nazirlərinin beşinci fövqəladə konfransının prinsipal mövqeyini yada salaraq;
1993-cü ildə Pakistan İslam Respublikasınm Kəraçi şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirlərinin XXI konfransının bu məsələ ilə əlaqədar qəbul etdiyi qətnaməsindən irəli gələn tələbləri bir daha təsdiq edərək;
Həmçinin BMT-nin qərargahında keçirilmiş İKT-nın Xarici İşlər Nazirlərinin koordinasiya iclasının son kommünikesinin müvafiq paraqraflarını yada salaraq;
Qonşu ölkələr və regional dövlətlərin, xüsusi ilə İran və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində etdikləri cəhdləri nəzərə alaraq;
Ermənistan Respublikasının təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün maneə yaratdığını dərk edərək;
BMT Nizamnaməsinin və müvafiq qətnamələrinin dönmədən yerinə yetirilməsini bir daha təsdiq edərək;
Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar siyasətin ATƏM çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsir edə biləcəyindən xəbərdar olaraq;
Baş katibin bu məsələ üzrə məruzəsini yüksək qiymətləndirərək;
- Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünü bir daha kəskin şəkildə pisləyir.
- Təcavüz nəticəsində insanların kütləvi qətlə yetirilməsi, girovlara və hərbi əsirlərə işgəncə verilməsi, yaşayış məntəqələrinin bombardman edilməsi, işğal edilmiş şəhər və kəndlərin talan edilməsi, dağıdılması və yandırılmasını insaniyyət və bəşəriyyətə qarşı törədilən cinayət kimi qiymətləndirilir.
- BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan Respublikası silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazisindən təcili çıxarılmasını, Ermənistan Respublikasından Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət bəsləməsini ciddi surətdə tələb edir.
- Təsdiq edir ki, ərazinin zor işlətməklə əldə edilməsi tanına bilməz, ərazinin işğal edilməsi isə beynəlxalq tanınma üçün və hüquqi statusun dəyişdirilməsinə vadar etmək üçün istifadə edilə bilməz.
- Ermənistan-Azərbaycan münaqişəsinin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin pozulmazlığı prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həllinə çağırır.
- Həm Ermənistan, həm də Azərbaycandan ATƏM-in sülh prosesində iştirak etməyi və problemin sülh yolu ilə həll edilməsini çətinləşdirə biləcək hər bir əməldən çəkinmələrini tələb edir.
- Azərbaycan hökuməti və xalqının ölkənin müdafiəsi üçün etdikləri cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam həmrəy olduğunu bir daha təsdiq edir.
- Yaşayış yerlərini tərk etmişlərin öz evlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır.
- Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünün olması ilə əlaqədar humanitar vəziyyətin kəskinləşməsindən təşviş keçirir və üzv ölkələr, İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım etmələrini xahiş edir.
- BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasından Ermənistan Respublikasını təcavüzkar kimi tanımasını, ona qarşı sanksiyaların tətbiq edilməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş torpaqlarından çıxarılmasını tələb edən TŞ qətnaməsinin qəbul edilməsi üçün bütün səlahiyyətlərindən istifadə etmələrini xahiş edir. Bu məqsədlə İKT-yə üzv olan hər bir dövləti bütün imkanlarından istifadə etməyə çağırır.
- Baş katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəzarət və bu barədə İKT-nın Xarici İşlər Nazirlərinin növbəti konfransında məruzə etməsini xahiş edir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.