İslam İnkişaf Bankının təsis edilməsinə dair Sazişə Azərbaycan Respublikasının qoşulması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı
Müsəlman ölkələri xalqlarının rifahının yaxşılaşması və ahəngdar inkişafı üçün səyləri birləşdirməyin zəruriliyini dərk edərək, bunun qarşılıqlı maliyyə əməkdaşlığı və iqtisadi əməkdaşlıq vasitəsilə daha tez həyata keçirilə biləcəyini sanaraq və İslam inkişaf bankının təsis edilməsi haqqında Sazişə istər bütövlükdə, istərsə də ayrı-ayrı maddələr üzrə razılıq verərək Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
İslam inkişaf bankının təsis edilməsinə dair Sazişə Azərbaycan Respublikasının qoşulması bəyənilsin.
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini
A. Cəlilov
Bakı şəhəri, 3 iyun 1992-ci il
№ 152
Copyright © 2017 Prezident
Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.